"Zirə"də "İnter"lə matçöncəsi son durum

00:44 - 30 Oktyabr 2015

2 zədəli, 2 cəzalı
 
Premyer Liqanın XI turu çərçivəsində "Zirə" "İnter"lə qarşılaşacaq.
 
Klubdan Sportal.az-a verilən məlumata görə, zədə səbəbindən "Kəpəz"lə matça çıxış edə bilməyən İqor İvanoviç böyük ehtimalla "İnter"lə matçı da buraxmalı olacaq. "Kəpəz"lə oyunda zədələnərək sıradan çıxan Viktor İqbekoyinin durumu isə sual altındadı. "Qartallar"ın nigeriyalı futbolçusunun "bankirlər"lə oyunda meyxana çıxıb-çıxmayacağına sabah aydınmlıq gələcək.
 
Xatırladaq ki, Gəncə təmsilçisi ilə oyunda qırmızı vərəqə alan Aleksandr Şemonayev və Sadiq Quliyev "İnter"lə matçı buraxmalı olacaq.
 
Qeyd edək ki, "İnter" - "Zirə" matçı oktyabrın 31-də saat 16:00-da keçiriləcək.

Xəbər xətti