AZAL-da "Qarabağ"la matçöncəsi iki problem

19:13 - 30 Oktyabr 2015

1 zədəli, 1 cəzalı
 
Premyer Liqanın 11-ci turunda "Qarabağ"ın qonağı olacaq AZAL bu matça iki ciddi itki ilə çıxacaq.

Sportal.az xəbər verir ki, "təyyarəçilər"in heyətində Seymur Əsədov zədə səbəbindən bu oyunda iştirak etməyəcək. Legioner Nuqzar Kvirtiya isə ötən tur "Qəbələ" ilə matçda sarı vərəqə ilə cəzalanaraq vərəqə limitini doldurub. 
 
Qeyd edək ki, "Qarabağ" - AZAL matçı sabah saat 19:00-da start götürəcək.

Xəbər xətti