"Neftçala"ya çatmaq çətin deyil" MÜSAHİBƏ

00:00 - 31 Oktyabr 2015

"Zaman keçdikcə öz oyunumuzu tapacağıq"
 
I Divizionda 7-ci turun oyunları çərçivəsində "Bakı" doğma meydanda "Şahdağ"ı 3:0 hesabı ilə darmadağın edib.
 
Oyundan sonra "Bakı"nın müdafiəçisi Tural Adıgözəlov sportal.az-a müsahibə verib:
 
 
- "Şahdağ"a qalib gəldiniz. Oyun haqda fikirlərinizi bildirərdin...
- İlk hissədə oyunumuz alınmadı. Lakin ikinci hissədə istədiyimiz oyunu nümayiş etdirə bildik və layiqli qələbə qazandıq. 3 qola 3 xal qazandıq
 
- Turnir cədvəlində “Neftçala”ya çatmaq çətin olmayacaqki?
- “Neftçala”ya çatmaq çətin deyil. Mümkünsüz heç nə yoxdur. Biz bunu bacara bilərik. Öz üzərimizdə daha çox çalışmalıyıq. Zaman keçdikcə öz oyunumuzu tapacağıq
 
- Növbəti turda çətin “Ağsu” səfərinə yollanacaqsız. Bu matçda azarkeşləriniz sevindirə biləcəksiniz?
- Sabahdan bu oyunun hazırlıqlarına start verəcəyik. Baş məşqçimiz rəqibi analiz etdikdən sonra bizə lazım olan tapşırıqları verəcək. Biz də öz növbəmizdə bu oyundan qələbə ilə qayıdaq
 
Qeyd edək ki, "Bakı" 7 turdan sonra 16 xal toplayıb və turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
 

Xəbər xətti