Kamran Ağayev son dəqiqələrdə qol buraxdı

00:41 - 31 Oktyabr 2015

10-cu tur

 

Türkiyə PTT 1-ci Liqasında 10-cu turun görüşlərinə yekun vurulub.

 

Sportal.az xəbər verir ki, millimizin qolkiperi Kamran Ağayevin şərəfini qoruduğu "Karşıyaka" klubu  növbəti matçını keçirib. Futbolçumuzun komandası "Adanaspor"un qonağı olub və qarşılaşmadan 1:0 hesabı ilə məğlub ayrılıb. Kamran Ağayevin qoruduğu qapıdan topu 86-cı dəqiqədə Mustafa Keskin keçirib.

 

Qeyd edək ki, "Karşıyaka" 10 turdan sonra 9 xal toplayıb və turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.

Xəbər xətti