"Bakı"nın futbolçusu: "Hədəfimiz Premyer Liqayə vəsiqə qazanmaqdı"

13:04 - 31 Oktyabr 2015

"Sonra bombardirlik haqda düşünmək olar"

 

"İlk yarı ağır keçdi, oyuna alışa bilmirdik. İkinci hissədə məşqçinin verdiyi tapşırıqları yerinə yetirərək oyunu öz xeyrimizə çevirə bildik və 3 – 0 hesabı ilə qələbə qazandıq".

 

Bu fikirləri "Şahdağ"la (3 - 0) matçdan sonra Sportal.az-a açıqlamasında "Bakı"nın futbolçusu Umar Akmurzayev bildirib.

 

Gənc hücumçu hədəflərinin Premyer Liqaya vəsiqə qazanmaq olduğunu deyib: "İlk hədəfimiz gələn il Premyer Liqayə vəsiqə qazanmaqdı. Birinci komanda üçün çalışmaq lazımdır, sonra isə bombardirlik haqda düşünmək olar. Növbəti tur “Ağsu” ilə çətin oyunumuz var. O matçda da qalib gəlib 3 xal qazanmaq istəyirik. Bu gün bizə dəstək olduqları üçün azarkeşlərimizə də təşəkkür edirəm".

Xəbər xətti