"Qarabağ"ın adından çəkinən futbolçularımda həyəcanı aradan qaldıra bilmədim"

22:02 - 31 Oktyabr 2015

"Məğlubiyyətə görə səhv məndədir"

 

AZAL Azərbaycan Premyer Liqasının 11-ci turu çərçivəsində "Qarabağ"a 2:0 hesabı ilə məğlub olub.

 

Sportal.az PFL-nın rəsmi saytına istinadən xəbər verir ki, AZAL-ın baş məşqçisi Tərlan Əhmədov oyundan sonra bunları qeyd edib:

 

“Qarabağ”la oyundan öncə futbolçularda həyəcan hiss edirdim. “Qarabağ”ın adından çəkinən futbolçularımda həyəcanı aradan qaldıra bilmədim. Məğlubiyyətə görə səhv məndədir. Hər halda,  vaxt az olduğuna görə komandanı tam hazır edə bilmədik. “Qarabağ”ı təbrik edirəm. Biz isə “Kəpəz”lə oyuna hazırlaşacağıq. Açığı, biz müdafiə olunduq və səhvlərdən qollar buraxdıq. Səviyyə fərqi öz sözünü dedi”.

Xəbər xətti