Bəxtiyar Soltanov: "Uğurlu çıxışımızın səbəbi məşqçi işi və mehriban kollektivimizdi"

19:28 - 4 Noyabr 2015

"Klub rəhbərliyinin də dəstəyini vurğulaya bilərəm"

 

“5 oyundur uduzmuruq. Şükür, hər şey öz qaydasında gedir. Turnir cədvəlində üst pillələrdə olan komandalara çatmışıq”.

 

Sportal.az xəbər verir ki, bu sözləri klub saytına “Kəpəz”in futbolçusu Bəxtiyar Soltanov deyib.

 

Gəncə klubunun hücumçusu komandanın çıxışı haqda daha sonra bunları əlavə edib: “Son vaxtlar uğurlu çıxış etməyimizə baxmayaraq, rahatlaşmaq olmaz. Qarşıdakı oyunlara var gücümüzlə hazırlaşıb bu seriyanı davam etdirməliyik. İnşallah, arzuladığmıza nail olarıq”.

 

“Kəpəz” çempionatın son 5 turunda 4 qələbə qazanaraq 1 oyunda heç-heçə edib. Xal ehtiyatını 18-ə çatdıran “sarı-göylər” turnir cədvəlində 4-cü pilləyə yüksəlib: “Uğurlu çıxış etməyimizə məşqçi işi və mehriban kollektivimiz səbəb yaradıb. Bu planda klub rəhbərliyinin də dəstəyini vurğulaya bilərəm. Azarkeşlərdən isə ayrıca danışmaq lazımdır. Sağ olsunlar, hər oyunumuza gəlirlər. Harada oynamağımızdan, havanın necə olmasından asılı olmayaraq yanımızdadılar, bizə dəstək verirlər. Fanatlarımıza minnətdaram”.

Xəbər xətti