"Kəpəz"də ciddi itki

17:01 - 7 Noyabr 2015

Nəsirov sıradan çıxdı

 

Azərbaycan Premyer Liqasının XII turu çərçivəsində hazırda da davam edən AZAL - "Kəpəz" matçında qonaqların heyətində ciddi itki baş verib.

 

Sportal.az xəbər verir ki, "Kəpəz"in futbolçusu Budaq Nəsirov oyunun əvvəllərində zədələnərək matçı davam etdirə bilməyib. Nəsirovun əvəzinə oyuna Azad Kərimov daxil olub.

 

Qeyd edək ki, Budaqın hansı müddətə sıradan çıxdığı hələlik bəlli deyil.

Xəbər xətti