"Kəpəz"də daha bir şok itki

18:12 - 7 Noyabr 2015

Junior da sıradan çıxdı

 

Azərbaycan Premyer Liqasının XII turu çərçivəsində hazırda da davam edən AZAL - "Kəpəz" matçında qonaqların heyətində daha bir ciddi itki baş verib.

 

Sportal.az xəbər verir ki, "Kəpəz"in aparıcı oyunçularından olan Dario Federiko Junior da zədələnərək matçı davam etdirə bilməyib. Onun əvəzinə meydana Tural Rzayev daxil olub.

 

Qeyd edək ki, matçın əvvəlində Gəncə təmsilçisinin heyətində Budaq Nəsirov da zədələnərək oyunu tərk etmişdi.

Xəbər xətti