Adil Şükürov: "Komandamdan razıyam"

21:04 - 7 Noyabr 2015

"Maraqlı görüş keçdi"
 
Azərbaycan Premyer Liqasının 12-ci turunda "Zirə" "Sumqayıt"ı 3:2 hesabı ilə məğlub edib.
 
Sportal.az PFL-nın rəsmi saytına istinadən xəbər verir ki, matçdan sonra "Zirə"nin baş məşqçisi Adil Şükürov görüş haqda danışıb:
 
“Komandamdan çox razıyam, qələbəyə görə şadam. Zirədə futbol adına hər bir şey vardı. Düşünürəm ki, maraqlı bir görüş alındı. Biz “Sumqayıt”la oyuna çox yaxşı hazırlaşmışdıq. Aqressiv rəqiblə oyunda 3 xal əldə edə bildik. “Sumqayıt”ın son oyunlarını analiz etmişdik. Rəqib ilk dəqiqədə qollar vurmağı bacarır. Ona görə də matçın ilk dəqiqələrində ehtiyatlı oyuna üstünlük verdik”.

Xəbər xətti