Kamran Ağayev start heyətdə

15:02 - 8 Noyabr 2015

XI turun matçı
 
Bu gün Türkiyə PTT 1-ci liqasında XI turun görüşləri keçiriləcək.
 
Sportal.az xəbər verir ki, millimizin qolkiperi Kamran Ağayevin şərəfini qoruduğu "Karşıyaka" doğma meydanda "Göztəpə"ni qəbul edəcək. Kamran Ağayev "Karşıyaka"nın start heyətində yer alıb. Türkiyədə tarixi derbilərdən sayılan İzmir derbisi Bakı vaxtı ilə saat 15:30-da start götürəcək.
 
Xatırladaq ki, matçı FİFA referisi Cüneyt Çakır idarə edəcək. Matçı izləyənlər arasında Türkiyə millisinin baş məşqçisi Fatih Terim də olacaq.

Xəbər xətti