Subaşiç 90 dəqiqə oynadı

13:03 - 9 Noyabr 2015

Komandası məğlub oldu

 

Serbiya Super Liqasında 17-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, milli komandamızın sabiq hücumçusu Branimir Subaşiçin şərəfini qoruduğu OFK Belqrad da növbəti matçına çıxıb.

 

Öz meydanında "Radniçki" ilə qarşılaşan paytaxt təmsilçisi  0:2 hesabı ilə məğlub olub. Subaşiç 90 dəqiqə meydanda olsa da, heç nə ilə yadda qalmayıb.

 

Qeyd edək ki, OFK Belqrad hazırda 15 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.

Xəbər xətti