"Xəzər Lənkəran"dan "Sumqayıt"a 5 cavabsız qol

11:10 - 11 Noyabr 2015

U-15 liqası

 

“Xəzər Lənkəran”ın 15-yaşlıları ölkə birinciliyinin U-15 Liqasında daha bir uğura sevinib.

 

Sportal.az xəbər verir ki, çempionatın XI turu çərçivəsində ötən gün baş tutan qarşılaşmada cənub təmsilçisi növbəti qələbəsini qazanaraq “Sumqayıt” komandasının qapısına beş dəfə yol tapıb və öz qapısını toxunulmaz saxlayıb. 

 

Yeniyetmələrdən Tural Bayramov het-trikə imza atıb, Yusif Qasımov və Zamiq Əliyev isə hərəyə bir dəfə fərqləniblər.

Xəbər xətti