"Qarabağ"ın rəqibinə ulduz futbolçusundan şad xəbər

13:00 - 11 Noyabr 2015

Koentrao komandayla məşqlərə başladı
 
Avropa Liqasının qrup mərhələsində "Qarabağ”ın rəqibi olan "Monako” aparıcı futbolçusunun sıraya dönüşünə sevinib.
 
Sportal.az xəbər verir ki, müdafiəçi Fabio Koentrao artıq məşqlərə başlayıb. Sonuncu dəfə oktyabrın 4-də meydançaya çıxan və Avroliqada "Qarabağ”la hər iki qarşılaşmanı buraxan Portuqaliya millisinin üzvü artıq kollektiv çalışmalarda iştirak edir. Sol cinah müdafiəçisi Fransa çempionatının növbəti turuna qədər hazır olacaq.
 
Qeyd edək ki, müqavilə ilə "Real”a məxsus olan Koentrao cari mövsümü icarə əsasında "Monako”da keçirir.

Xəbər xətti