"Kəpəz" məşqləri bərpa etdi

20:15 - 12 Noyabr 2015

Frederiko izlədi

 

Azərbaycan Premyer Liqasının XII turunda AZAL-la oyundan sonra 3 günlük istirahətə buraxılan “Kəpəz” noyabrın 11-dən məşqləri bərpa edib. Komanda gündə bir dəfə “Dalğa Arena”da hazırlıq keçir.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “sarı-göylər”in bu günkü məşqini komandanın zədəli futbolçusu Dario Frederiko da izləyib. Məşqdən sonra məşqçilər korpusu və futbolçularla bir-bir görüşüb sağollaşan braziliyalıya əməliyyat öncəsi uğurlar arzulanıb. Hamı Darionun tezliklə düşərgəyə dönməsini diləyib.

 

Xatırladaq ki, meniski zədələnən yarımmüdafiəçi bu gün ölkəmizi tərk edərək əməliyyat olunmaq üçün vətəninə yollanacaq. 

Xəbər xətti