Şeydayev qol vurdu, Rusiya qələbə qazandı VİDEO

00:31 - 13 Noyabr 2015

2 cavabsız top
 
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının AÇ-2017-nin seçmə mərhələsində mübarizə apardığı 7-ci qrupda daha bir oyun keçirilib.
 
Sportal.az xəbər verir ki, Rusiya öz meydanında Finlandiya ilə üz-üzə gəlib. Qarşılaşma şimal qonşularımızın qələbəsi ilə başa çatıb - 2:0. Qolları Ramil Şeydayevlə Andrey Panyukov vurub.
 
Qeyd edək ki, Azərbaycanın U-21 yığması bu gün səfərdə Almaniya ilə üz-üzə gələcək. Noyabrın 17-də isə komandamız Bakıda Rusiya ilə qarşılaşacaq.

Xəbər xətti