"Qarabağ" "Rəvan"la qarşılaşacaq

15:15 - 13 Noyabr 2015

Yoxlama matçı

 

Milli komandaların oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranan fasilədən istifadə edən “Rəvan” PFK yoxlama oyununda qüvvəsini sınayacaq.

 

Sportal.az xəbər verir ki, artıq 5 gündür klubun bazasında bir araya gələrək toplanış keçən “aslanlar” “Qarabağ”la qarşılaşacaqlar. Ölkə çempionatının lideri ilə duel “İnter Arena”da reallaşacaq.

 

Noyabrın 15-də keçiriləcək matç saat 12:00-da başlayacaq.

Xəbər xətti