"Zirə"nin futbolçusu izlədi, komandası məğlub oldu

17:14 - 14 Noyabr 2015

Meksikaya məğlub oldu

 

DÇ-2018-in seçmə mərhələsinin Şimali və Mərkəzi Amerika zonasında növbəti oyunlar keçirilib.

 

Sportal.az xəbər verir ki, "Zirə"nin hücumçusu Nelson Bonillanın şərəfini qoruduğu Salvador millisi də növbəti oyununa çıxıb. Səfərdə Meksika ilə qarşılaşan Salvador bu matçda 0 – 3 hesabı ilə məğlub olub. “Zirə”nin forvardı qarşılaşmanı ehtiyat oyunçular skamyasından izləyib.

 

Qeyd edək ki, Salvador millisi seçmə mərhələdə növbəti oyununu noyabrın 17-də, öz meydanında  Kanadaya qarşı keçirəcək.

Xəbər xətti