"Zirə"də 3 ciddi itki

00:09 - 17 Noyabr 2015

"Rəvan"la matça...

 

"Zirə" Premyer Liqanın XIII turu çərçivəsində keçirəcəyi "Rəvan"la matça ciddi itkilərlə çıxacaq.

 

Klubdan Sportal.az-a verilən məlumata görə, "Zirə"nin heyətində Meulens Rihairo və Dieqo Gusmao zədə səbəbindən bu matçı buraxmalı olacaqlar. Nicat Qurbanovun səhhətində isə kiçik bir problem var. Lakin onun matç gününə qədər hazır olacağı gözlənilir.

 

Qeyd edək ki, "Rəvan" - "Zirə" matçı noyabrın 22-i saat 20:00-da start götürəcək.

Xəbər xətti