"Prosineçki bu oyunda gənclərə üstünlük verdi"

16:01 - 18 Noyabr 2015

"Əvvəlkindən daha yaxşı çıxış etməliyik”

 

Noyabrın 17-də Moldova ilə yoxlama oyununda azarkeşləri 2:1 hesablı qələbə ilə sevindirən yığma komandamız ili qalibiyyətlə başa vurub. 

 

Sportal.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən matçdan sonra  “Kəpəz”in də şərəfini qoruyan Tərlan Quliyev klubun rəsmi saytına bunları qeyd edib:

 

“Millinin baş məşqçisi bu oyunda gənclərə üstünlük verdi. Düzdü, ilk hissədə əsas heyətdən bir-iki futbolçu yox idi. Amma fasilədən sonra yoxlanışa çağırılanlar oynadı. Milliyə dəvət olunan hər bir futbolçu meydanda canını qoymağa, azarkeşləri qələbə ilə sevindirməyə çalışır. Dünya çempionatının seçmə oyunlarına hazırlaşmaq lazımdır. Əvvəlkindən daha yaxşı çıxış etməliyik”.

Xəbər xətti