"Zirə"nin futbolçusu yenə "18-lik"dən kənarda qaldı

16:40 - 18 Noyabr 2015

Bonilya yenə şans qazanmadı
 
Şimali və Mərkəzi Amerika və Karib hövzəsi ölkələrinin daxil olduğu KONKAKAF zonası üzrə DÇ-2018-in seçmə mərhələsi çərçivəsində növbəti oyunlar keçirilib.
 
Sportal.az xəbər verir ki, "Zirə"nin hücumçusu Nelson Bonilyanın şərəfini qoruduğu Salvador yığması Kanadanı qəbul edib. Hesabın açılmadığı görüşdə Bonilya oynamayıb. Onun adı heç matçın iştirak ərizəsinə də salınmayıb. 
 
Qeyd edək ki, "Zirə"nin forvardı bundan öncə Meksikaya qarşı oyunun (0:3) iştirak ərizəsində yer alsa da, meydana çıxmaq şansı qazanmamışdı.

Xəbər xətti