Kamran Ağayevin komandasında iki istefa

00:47 - 19 Noyabr 2015

Səbəb fikir ayrılığıdır
 
Millimizin qapıçısı Kamran Ağayevin çıxış etdiyi "Karşıyaka"da ayrılıq yaşanıb.
 
Sportal.az xəbər verir ki, klubun idarə heyətindən Mustada Özkaçar və Kərim Çətin istefa verib. İzmir təmsilçisindən yollarını ayıran klub rəsmiləri bunun səbəbini fikir ayrılığı ilə izah ediblər.
 
Qeyd edək ki, Özkaçar və Çətin daha öncə də istefa ərizələrini yazsalar da, onların istəyi qəbul olunmamışdı.

Xəbər xətti