"Zirə" "Neftçi"ni darmadağın etdi

15:19 - 19 Noyabr 2015

VII turun matçı

 

U-19 liqasında 7-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, “Zirə”nin bu yaş qrupu üzrə komandası “Neftçi” İB-nin qonağı olub.

 

Lökbatan İdman Kompleksində keçirilən oyuna yaxşı başlayan “yeniyetmə qartallar” tezliklə hesabı açdılar. Yusif Cəfərov cərimə meydanı qarşısından aşırma zərbə ilə topu tora göndərdi. Üstünlüyü əldən verməyən Füzuli Məmmədovun komandası fasiləyə qədər daha bir dəfə rəqibi mərkəzə dəvət etdi. Elçin Əliyev iti bucaq altından yaxın küncü dəqiq nişan aldı. Birinci hissə “Zirə”nin 2-0 hesablı üstünlüyü ilə başa çatdı. Fasilədən sonra da rəqibindən daha yaxşı oyun nümayiş etdirən “yeniyetmə qartallar” daha iki qol vurdular. Oyuna sonradan qoşulan Əli Əlizadə dubla imza atdı.

 

Beləliklə, “Zirə” 4-0 hesablı qələbə qazanaraq iddiasını davam etdirdi. 7 turdan sonra "Zirə" ilə yanaşı, “Qəbələ”, “Xəzər Lənkəran” və “Bakı”nın hesabında 16 xal var.

Xəbər xətti