"Liverpul"a iki şad xəbər

23:40 - 19 Noyabr 2015

Məşqlərə başladılar
 
"Liverpul" klubu zədədən əziyyət çəkən iki futbolçusundan xoş xəbər alıb.
 
Sportal.az xəbər verir ki, "Liverpul"un kapitanı Cordan Henderson və hücumçusu Daniel Starric zədələrini sağaldıb və komanda ilə birgə məşqlərə başlayıblar. Hər iki futbolçunun 21 noyabr tarixində Premyer Liqanın 13-cü turu çərçivəsində "Mançester Siti" ilə qarşılaşmada oynayacağı gözlənilir.

Xəbər xətti