"Kəpəz"in ulduzu əməliyyat olundu FOTO

12:34 - 20 Noyabr 2015

"Əməliyyatı yaxşı keçib"

 

"Kəpəz"in zədəli futbolçusu Dario Frederiko Braziliyanın San-Paulu şəhərində “Drvitorpadua” klinikasında əməliyyat olunub.

 

Sportal.az xəbər verir ki, meniski zədələnən və xaçabənzər diz bağı hissəvi qırılan yarımmüdafiəçini tanınmış cərrah Vitor Barion Padua əməliyyat edib.


Frederikonun əməliyyatı uğurla keçib və futbolçu hazırda özünü yaxşı hiss edir. Bu barədə klub saytına braziliyalının meneceri Vaqif Heydərli məlumat verib: “Dario eyni vaxtda iki əməliyyat olunub, indi durumu yaxşıdır. Vəziyyəti ilə bağlı həkimlə danışmışıq. Futbolçunun nə vaxt məşqlərə başlaya biləcəyi haqda hələ dəqiq söz deyilmir. Hər şey Frederikonun müalicə kurslarının, fizioterapiyanın gedişindən asılı olacaq. Amma deməliyəm ki, Darionun əməliyyatı yaxşı keçib, ümidverici olub. Yaxın 2-3 həftədən sonra onun durumu barədə dəqiq fikir bildirmək mümkün olacaq”.


Sonda qeyd edək ki, "sambaçı" 3 gündən sonra əməliyyat olunduğu klinikadan evə buraxılacaq.

 

Xəbər xətti