"Qarabağ" matçı öncəsi itkilərin sayı artır

18:45 - 20 Noyabr 2015

Hazırlıqlar yekunlaşdı

 

Bu gün keçirilən son məşqlə “Kəpəz” Azərbaycan Premyer Liqasının XIII turunda səfərdə qarşılaşacağı “Qarabağ”la görüşün hazırlığını tamamlayıb.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Ağdam klubu ilə oyun öncəsi “sarı-göylər”in heyətində itkilər var. Bəxtiyar Soltanov cəza üzündən, Dario Frederiko əməliyyat olunduğundan komandaya kömək edə bilməyəcək. Məşqdə zədələnən və ayağında ağrıları olan Tərlan Quliyevin də oynayıb-oynamayacağı sual altındadır. Klubun tibb personalı müdafiəçinin müalicəsi ilə məşğuldur.

 

Uzun müddət zədəli olan və heyətə yeni qoşulan Kərim Diniyevin isə tam hazır olmadığından oyunu buraxacağı dəqiqdir. 

Xəbər xətti