Mourinyo: "Dörd ay əvvəl bu komanda çempion idi"

21:12 - 20 Noyabr 2015

"Qışda transfer edilməyəcək"
 
"Çelsi"nin baş məşqçisi Joze Mourinyo "Norviç Siti" ilə matçöncəsi açıqlamalar verib.
 
Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis qış transfer pəncərəsində transfer etməyəcəklərini bildirib:
 
"Komandanı yenidən yığmaq fikrində deyiləm. Rəhbərlikdən transfer istəməyəcəm. Futbolçularımdan məmnunam. Yanvarda pul xərcləməyəcəyik. Keçən mövsüm bu komanda çempion olmuşdu. Özümüz bu vəziyyətə düşmüşük və bu çətinliyi dəf edəcəyik. Dörd ay əvvəl çempion idik, on il əvvəl yox.  Heyət həmin heyətdir. Əgər rəhbərlik mənə güvənməsəydi, müqaviləmi uzatmazdılar".
 
Qeyd edək ki, "Çelsi" sabah Premyer Liqanın 13-cü turu çərçivəsində "Norviç Siti"ni qəbul edəcək.

Xəbər xətti