Rüfət Dadaşov oynadı, komandası darmadağın oldu

13:34 - 21 Noyabr 2015

XV turun matçı

 

Almaniyanın Şimal-Şərq Regional Liqasında 15-ci turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, millimizin sabiq üzvü Rüfət Dadaşovun çıxış etdiyi "Germaniya Halberştadt" klubu səfərdə "Zviçkau" ilə qarşılaşıb. Matç futbolçumuzun komandasının 1:4 hesablı məğlubiyyəti ilə başa çatıb. Start heyətdə meydana çıxan Rüfət 90 dəqiqə mübarizə aparıb.

 

Qeyd edək ki, Dadaşovun komandası 5 xalla sonuncu pillədə qərarlaşıb.

Xəbər xətti