Meydanın mərkəzindən avtoqol vuruldu VİDEO

16:28 - 21 Noyabr 2015

Küləyin köməyi ilə

 

İngiltərənin aşağı liqalarından birində keçirilən futbol matçı zamanı top güclü küləyin köməyi ilə tora daxil olub.

 

Sportal.az xəbər verir ki, kuryoz olay "Romford"la "Tarrok" komandaları arasındakı görüşdə baş verib. 

 

"Tarrok"un müdafiəçisi Kamarl Dankan topa zərbə endirərək, göyə qaldırıb. Top trayektoriyasını kəskin surətdə dəyişərək, meydanın mərkəzi üzərindən fırlanıb və elə bu komandanın qapıçısının başı üzərindən hədəfə düşüb. 

 

Qeyd edək ki, matç 1:1 hesablı heç-heçə ilə nəticələnib. 

 

Xəbər xətti