"Rəvan" istədiyimiz futbolu oynamağa icazə vermədi"

22:10 - 22 Noyabr 2015

"Komandamızda qələbə istəyi var idi"
 
Bu gün Premyer Liqanın 13-cü turunda "Zirə" "Rəvan"a 1:0 hesabı ilə məğlub olub.
 
Sportal.az xəbər verir ki,  "Zirə"nin baş məşqçisi Adil Şükürov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
 
"Rəqibi təbrik edirəm, yaxşı oynadılar. İstədiklərimizi yerinə yetirə bilərdik. Daha sürətli futbol oynamaq istəyirdik, səhvlərimiz oldu, bunun da nəticəsini gördük. Komandamızda qələbə istəyi var idi. Rəqib istədiyimiz futbolu oynamağa imkan vermədi".

Xəbər xətti