"Rəvan"ın kapitanı: "Əvvəlki oyunlarda bəxtimiz gətirmirdi"MÜSAHİBƏ

00:02 - 23 Noyabr 2015

"Çalışırıq ki, ən azı, 2-3 pillə irəliləyək"
 
Azərbaycan Premyer Liqasında 13-cü turunda "Rəvan" doğma meydanında "Zirə"ni 1:0 hesabı ilə məğlub edib.
 
Oyundan sonra "Rəvan"ın kapitanı Ramazan Abbasov Sportal.az-a müsahibə verib.
 
- Premyer Liqada ardıcıl 2-ci qələbini qazandınız. Oyun haqda fikirlərini bildirərdiniz...
 
- Dərk edirdik ki, doğma meydanda oynayırıq. Qələbə bizə çox vacib idi. Çünki son pillələrdəyik. AZAL bizi beş xal qabaqlayırdı. Çalışırıq ki xal ehtiyatımızı daha da artıraq. Ciddi hazırlaşmışdıq və qələbə qazanmaq istəyirdik. Fikrimcə bu oyunda qələbəyə layiq idik.
 
- 2-ci hissədə daha çox müdafiə olundunuz...
 
- 1:0 hesabı ilə öndə idik. Çalışırdıq ki, çox da qabağa getməyək. Gözləyirdik ki, rəqib səhv etsin və 2-ci qolu vuraq.  İkinci hissədə müdafiədə etibarlı oyun sərgilədik. Oyunçular əllərindən gələi etdilər ki, qol buraxmayaq.
 
- Emin Quliyevin rəhbərliyi altında qələbə qazana bilməmişdiniz. Yeni baş məşqçinin Bəhmən Həsənov komandada əsasən nəyi dəyişdi?
 
- Biz əvvəl də eyni futbolu oynayırdıq. Sadəcə, əvvəlki oyunlarda bəxtimiz gətirmirdi. Komanda şəklində oynayırıq. Növbəti oyunlarda da bu cür oynamağa davam edəcəyik.
 
- Qış fasiləsinə neçənci pillədə yollanmağı hədəfləyirsiz?
 
- Çalışırıq ki, ən azı, 2-3 pillə irəliləyək.
 
- Sizcə 2-3 pillə irəliləmək çətin olmayacaq?
 
- Fikrimcə, bunu bacara bilərik. Çünki komandanın potensialı var. Əsas odur ki, turnir cədvəlində 2-3 pillə irıliləyək.

Xəbər xətti