Millimizin üzvü "18-lik"dən kənarda qaldı

01:56 - 23 Noyabr 2015

Paşayevin komandası yenə məğlub oldu
 
Ukrayna çempionatında 14-cü turun oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin komandası - "Metallurq" da növbəti matçına çıxıb. Zaporojye klubu doğma meydanda "Aleksandriya" ilə qarşılaşıb. Matç futbolçumuzun komandasının 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Millimizin üzvünün adı bu görüşün də 18-liyində yer almayıb.
 
Qeyd edək ki, "Metallurq" geridə qalan turlarda cəmi 3 xal qazanıb və 14 klub arasında sonuncu pillədə qərarlaşıb.

Xəbər xətti