"Tottenhem"in futbolçusu: "İstəyirəm ki, "Qarabağ"a yenə qol vurum"

23:01 - 24 Noyabr 2015

"İlk oyunda da gördük ki, “Qarabağ” yaxşı kollektivdir"
 
Avroliqanın qrup mərhələsinin 5-ci turunda "Qarabağ"ın qonağı olacaq "Tottenhem" klubununun futbolçusu Heun-Min Son matç haqda açıqlama verib.
 
Sportal.az xəbər verir ki, zədəsini yenicə sağaldan futbolçu “Qarabağ”la oyyunun çətin keçəcəyini bildirib:
 
“Görüşün çətin keçəcəyini dərk edirik. Çünki “Qarabağ” doğma meydanında “Anderlext” və “Monako”ya məğlub olmayıb. Deməli, bizim səfər oyunumuz çox çətin keçəcək. İlk oyunda da gördük ki, “Qarabağ” yaxşı kollektivdir”.
 
Londonda baş tutan ilk matçda “Qarabağ”a iki qol vuran cənubi koreyalı futbolçu Bakıda da qol vurmaq istədiyini vurğulayıb:
 
“İlk oyunda “Qarabağ”la görüşdə özümü yaxşı tərəfdən göstərmişdim. Təəssüf ki, daha sonra zədələndim. Əgər baş məşqçimiz mənə şans verərsə, “Qarabağ”a yenə qol vurmağa çalışacam. İstəyirəm ki, “Qarabağ”a yenə qol vurum”.
 
Qeyd edək ki, "Qarabağ" - "Tottenhem" görüşü noyabrın 26-da saat 22:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

Xəbər xətti