"Tottenhem"in kapitanı: "Bizi "Qarabağ"la çətin oyun gözləyir"

00:47 - 25 Noyabr 2015

"Qalib gəlməyə çalışacağıq"
 
Avroliqanın qrup mərhələsinin 5-ci turunda "Qarabağ"ın qonağı olacaq "Tottenhem" klubununun kapitanı Huqo Lloris matç haqda açıqlama verib.
 
Sportal.az xəbər verir ki, təcrübəli qolkiper “Qarabağ”la oyunun çətin keçəcəyini bildirib:
 
"Bizi "Qarabağ"la çətin oyun gözləyir. Diqqət yetirsək görərik ki, "Qarabağ" doğma meydanında "Anderlext"i məğlub edib və "Monako"ya məğlub olmayıb. Buna baxmayaraq, biz səfərdə qalib gəlməyə çalışacağıq. Qrupa nəzər yetirdikdə görürük ki, hər bir komandanın şansları var. "Qarabağ"ı məğlub edib, növbəti mərhələni təmin etmək istəyirik".
 
Qeyd edək ki, "Qarabağ" - "Tottenhem" görüşü noyabrın 26-da saat 22:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

Xəbər xətti