"Kəpəz"in futbolçusu: "Mübarizəni sonadək aparmaq lazımdı"

10:33 - 25 Noyabr 2015

"Başqa yolumuz yoxdu"

 

“Qarşıdakı oyuna ciddi hazırlaşırıq. Ötən turdakı ağır məğlubiyyəti azarkeşlərə unutdurmaq istəyirik. Bunun üçün də əlimizdən gələni edəcəyik”.

 

Sportal.az xəbər verir ki, bu sözlər “Kəpəz”in yarımmüdafəçisi Bəxtiyar Soltanova məxsusdur. 


O, komandasının Topaz Premyer Liqasının XIV turunda qarşılaşacağı “İnter”lə oyun haqda klub saytına danışarkən belə deyib: “Bütün rəqiblər güclüdür, demək olar ki, çempionatda zəif komanda yoxdur. Amma yenə də biz meydana qələbə üçün çıxacağıq. Başqa yolumuz yoxdur. Üç xal qazanmaqla komandamızın hansı məqsədlər üçün mübarizə apardığını ortaya qoyacağıq. Mütləq xal ehtiyatını artırmalıyıq”.


Soltanov ötən tur “Qarabağ”a qarşı matçda cəza səbəbindən “sarı-göylər”ə kömək edə bilməmişdi. Onun yoxluğu haqda mətbuat konfransında danışan baş məşqçi Şahin Diniyev Soltanovun oynamamasının komandanın cinahdan təşkil edilən hücumlarına təsir etdiyini açıqlamışdı: “Komandamızın gücünə güc qatmaq üçün nə lazımdısa, edəcəyəm. Üzərimə düşəni edib, “Kəpəz”in uğur qazanmasına töhvə vermək istəyirəm. Ağdam klubu ilə oyunda cəzalı olduğumdan oynaya bilmədim. Bu səbəbdən daha çox istirahət etmək imkanım olub. Qələbə qazanmaq üçün çox çalışmalıyıq. Mübarizəni sonadək aparmaq lazımdır”.

Xəbər xətti