Kamran Ağayev "Karşıyaka"dan ayrıla bilər

13:30 - 25 Noyabr 2015

Maaşlar verilmir

 

Millimizin qapıçısı Kamran Ağayev şərəfini qoruduğu "Karşıyaka"dan ayrıla bilər.

 

Sportal.az xəbər verir ki, buna səbəb İzmir klubundayaşananmaliyyə böhranıdı. 3 aydır ki, komandanın üzvləri maaşlarını ala bilmirlər.

 

Bu səbəbədən heyətdəki əcnəbilər komandanı tərk edəcəklər. Bu futbolçuların Kamran Ağayev, İqor Duriç , Aleksandr Amisulaşvili, Seniyad İbriçiç və Djibi Fall olduğu deyilir.

 

Türkiyə mətbuatının yazdığına görə  əgər maaşlar dekabrın 1-dək ödənilməsə bu futbolçular komandanı tərk edəcəklər.

Xəbər xətti