Şahin Diniyev "İnter"lə oyun üçün yeni futbolçu çağırdı

18:20 - 26 Noyabr 2015

Əli Səmədovu əsas komandaya cəlb edib

 

Noyabrın 27-də Gəncədə “İnter”i qəbul edəcək “Kəpəz” oyun öncəsi son məşqini keçirib.

 

Sportal.az xəbər verir ki, hazırlıq prosesi Gəncə şəhər stadionunda baş tutub. Təxminən bir saat sürən məşq isinmə hərəkətləri ilə başlayıb. Daha sonra toplu çalışmalara diqqət ayıran futbolçular müxtəlif məsafələrdən qapıya doğru zərbələrlə kifayətləniblər.

 

Heyətdə cəzalı və zədəli oyunçuların olması səbəbindən baş məşqçi Şahin Diniyev qarşıdakı oyun üçün əvəzedici heyətdən Əli Səmədovu əsas komandaya cəlb edib. Bu gün komanda ilə birgə məşqə çıxan gənc yarımmüdafiəçi “İnter” ilə matç üçün “18-liy”ə daxil ediləcək.

Xəbər xətti