Şahin Diniyev: "Səlahət Ağayevin gözəl oyunu bizi qələbədən məhrum etdi"

16:59 - 27 Noyabr 2015

"Biz bu gün 2 xal itirdik"

 

"Meydançanın durumu baxımlı oyun sərgiləməyimizə imkan vermədi. Komandama oyunun ritmini tutduğuna görə təşəkkür edirəm. Düşünürəm ki, ikinci hissə bizim üstünlüyümüz şəraitində keçdi. Sadəcə, bəxtsizlik və rəqibin qapıçısı Səlahət Ağayevin gözəl oyunu bizi qələbədən məhrum etdi".

 

Sportal.az xəbər verir ki, bu fikirləri "İnter"lə matçdan (0- 0) sonra keçirilən mətbuat konfransında "Kəpəz"in baş məşqçisi Şahin Diniyev deyib.

 

Təcrübəli çalışdırıcı bu gün 2 xal itirdiklərini bildirib: "Rəqibə hörmətsizlik olmasın, amma deyim ki, biz bu gün 2 xal itirdik. “İnter”in penaltidən başqa hər hansı bir ciddi qol şansı olmadı. Bu görüşü unutmalı və növbəti oyunlara hazırlaşmalıyıq.  Əsas odur ki, komandamız yaxşı futbol sərgiləyir və ümidlərim böyükdür".

Xəbər xətti