Kamran Ağayevli "Karşıyaka" 3 qol buraxdı

22:56 - 27 Noyabr 2015

Millimizin qolkiperi üçün 90 dəqiqə
 
Türkiyə PTT I Liqasında 13-cü turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, millimizin qolkiperi Kamran Ağayevin şərəfini qoruduğu "Karşıyaka" azarkeşləri önündə "Dənizlispor"a 3:1 hesabı ilə məğlub olub. Ağayev bu matçda start heyətdə meydana daxil olub və 90 dəqiqə mübarizə aparıb.
 
Qeyd edək ki, bu məğlubiyyətdən sonra "Karşıyaka" 12 xalla turnir cədvəlində 16-cı pillədə qərarlaşıb.

Xəbər xətti