"Kəpəz" daha bir futbolçusunu itirdi

11:26 - 28 Noyabr 2015

Eyyubov "Sumqayıt"la oyunda forma geyinməyəcək
 
"Kəpəz" daha bir itki ilə üzləşib.
 
Sportal.az хəbər verir ki, baş məşqçi Şahin Diniyev Rəşad Eyyubovun хidmətindən məhrum olub. Gənc futbolçu cəzallı duruma düşüb. "İnter"lə matçın 44-cü dəqiqəsində qeyri-idman hərəkətinə görə cəzalanan Rəşad sarı vərəqə limitini doldurub. Bundan əvvəl "Rəvan", "Qəbələ" və AZAL-la görüşlərdə də "sarı" alan Eyyubov "Sumqayıt"a qarşı oynamayacaq.

Xəbər xətti