Şəhriyar Əliyev: "Heç-heçə də pis nəticə sayılmamalıdı"

15:30 - 30 Noyabr 2015

"Qələbə qazanmalı idik"

 

"Zəif çıxış etmədik, hətta yaxşı oyunlarımızdan birini keçirdik. Sadəcə, bəxtimiz gətirmədi".

 

Sportal.az xəbər verir ki, bu sözləri "Kəpəz"in futbolçusu Şəhriyar Əliyev deyib.
 
Azərbaycan Premyer Liqasında XIV turu çərçivəsində keçirilən və qolsuz bərabərliklə yekunlaşan  "Kəpəz” - "İnter” oyununu şərh edən müdafiəçi klub saytına danışıb. "Qarabağ"dan icarəyə götürülən Əliyev qələbə qazanmalı olduqlarını deyib:
 
"Qol vurmaq üçün çoxlu şansımız oldu, amma vura bilmədik. Rəqibin qapıçısı yaxşı oynadı. Qələbə qazanmalı idik, heç-heçə də pis nəticə sayılmamalıdı. Qarşıdakı oyunlara baxacağıq”.

Xəbər xətti