Bəhmən Həsənov: "Sadəcə hakimə minnətdaram"

20:17 - 30 Noyabr 2015

"Qələbəni niyə əldən verdiyimizi deməyəcəm"

 

Premyer Liqanın 14-cü turunun son matçında "Rəvan" səfərdə "Qəbələ"nin qonağı olub.

 

Sportal.az xəbər verir ki, 1 - 1 hesablı bərabərliklə başa çatan matçdan sonra keçirilən mətbuat konfransında paytaxt məmsilçisinin baş məşqçisi Bəhmən Həsənov bu fikirləri səsləndirib: “Əvvəlcədən oyunun ağır keçəcəyini bilirdik. “Qəbələ”nin oyun üslubuna bələdik. Çox yaxşı komandadı. Qələbəni niyə əldən verdiyimizi deməyəcəm. Sadəcə hakimə minnətdaram. Başqa heç nə demirəm. İlk dəqiqələrdən vurulan və ya buraxılan qol adama o qədər təsir eləmir, sonuncu saniyələrdə buraxdığımız qol bir az məni məyus edib. Ancaq nəticədən də, futbolçuların oyunundan da razıyam. Biz nə üçün gəlmişdik onu əldə edib gedirik. Müdafiədən oynadıq, qolumuzu vurduk. Təəssüf ki sonda qol buraxdıq”.

Xəbər xətti