"Qəbələ"nin rəqibinin baş məşqçisi Rusiyada "ən yaxşı" oldu

12:24 - 2 Dekabr 2015

Mükafatlandırıldı

 

"Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Krasnodar"ın baş məşqçisi Oleq Kononov mükafatlandırılıb.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Kononov Rusiya Premyer Liqasında ötən mövsümün ən yaxşı baş məşqçisi adına layiq görülüb. 

 

Qeyd edək ki, 49 yaşlı mütəxəssisə mükafat Premyer Liqanın XVII turunda keçirilən "Krasnodar" - "Rostov" (2:1) matçında təqdim edilib.

Xəbər xətti