"Şəmkir"in baş məşqçisi: "Qol vurmaq üçün şanslarımız oldu"

21:28 - 2 Dekabr 2015

"Futbolçularımdan narazı deyiləm"

 

Azərbaycan kubokunun 1/8 final mərhələsində "Şəmkir" "Qarabağ"a 0 - 2 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.

 

Sportal.az xəbər verir ki, matçdan sonra təşkil olunan mətbuat konfransında qərb təmsilçisinin baş məşqçisi Kamran Əlibabayev oyun haqda fikirlərini bölüşüb: “Qarabağ”ı qələbə münasibəti ilə təbrik edir, onlara uğurlar arzu edirəm. Futbolçularımdan narazı deyiləm. Bizim ilk hissədə qol vurmaq üçün şanslarımız oldu, amma bunlardan istifadə edə bilmədik”.

Xəbər xətti