"Kəpəz" sabah başlayır

16:54 - 3 Dekabr 2015

"Sumqayıt"la oyun üçün

 

Azərbaycan kubokunun 1/8 final mərhələsində keçirilən “Xəzər Lənkəran” - “Kəpəz” (1:0) oyunundan sonra Gəncə klubunun futbolçularına bir günlük istirahət verilib.

 

Sportal.az xəbər verir ki, komanda Azərbaycan Premyer Liqasının 15-ci turunda qarşılaşacağı “Sumqayıt”la oyunun hazırlıqlarına sabah start verəcək. “Sarı-göylər” “Dalğa Arena”da məşq edəcəklər. “Kəpəz”in dekabrın 4-nə təyin olunan məşqi saat 11:00-da başlayacaq.

 

“Sumqayıt”la səfərdə görüşəcək komanda dekabrın 5 və 6-da da hazırlıq prosesini adı çəkilən stadionda keçirəcək. Rəqibin ev oyunlarının keçirdiyi “Kapital Bank Arena”nın da ot örtüyü “Dalğa Arena” kimi süni olduğundan məşqçilər korpusu oyun öncəsi son məşq üçün Sumqayıta yollanmağı lazım bilməyib.

 

Sonda qeyd edək ki,“Sumqayıt” – “Kəpəz” oyunu dekabrın 7-də keçiriləcək və saat 17:00-da başlayacaq.

Xəbər xətti