Bəhmən Həsənov: "Nəticədən və oyundan razıyam"

22:41 - 3 Dekabr 2015

"Belə hava şəraitində oynamaq çətindir"
 
Azərbaycan kubokunun 1/8 final mərhələsində "Rəvan" - "Bakı" (1:0) matçından sonra "Rəvan"ın baş məşqçisi Bəhmən Həsənov oyunla bağlı fikirlərini bölüşüb.
 
Sportal.az PFL-nın rəsmi saytına istinadən həmin fikirlərlə sizi tanış edir:
 
"Hava şəraitini və rəqibi nəzərə alaraq, futbolçulara tapşırıqlar vermişdim. İlk 15 dəqiqədə maksimum iş görmək lazım idi. Çünki “Bakı”nın motivasiyası bizimlə müqayisədə çox idi. Ilk hissədə tapşırıqlar yerinə yetirilmədi, belə hava şəraitində oynamaq çətindir. Bütün bunlara baxmayaraq, qələbə qazandıq, nəticədən və oyundan razıyam”.

Xəbər xətti