"Zirə" "Neftçi" ilə matça iki itki ilə çıxacaq

00:01 - 5 Dekabr 2015

Biri zədəli, digəri cəzalı
 
Premyer Liqanın 15-ci turunda "Neftçi" ilə qarşılaşacaq "Zirə" bu matça iki itki ilə çıxacaq.
 
Klubdan Sportal.az-a verilən məlumata görə, Premyer Liqanın debütantı hücumçusu Nelson Bonilla və yarımmüdafiəçisi Eduardo Markielin xidmətindən istifadə edə bilməyəcək. Edu zədə səbəbindən oyunda iştirak etməyəcəksə, Bonilla isə ötən tur "Xəzər Lənkəran"da qırmızı vərəqə aldığı üçün bu matçı tribunadan izləməli olacaq.
 
Qeyd edək ki, qarşılaşma sabah-dekabrın 6-sı saat 16:00-da "Bakcell Arena"da baş tutacaq.

Xəbər xətti