"Zirə"də ciddi itki

17:27 - 6 Dekabr 2015

Qurbanov sıradan çıxdı

 

Azərbaycan Premyer Liqasının XV turu çərçivəsində hazırda da davam edən "Neftçi" - "Zirə" matçında qonaqların heyətində ciddi itki baş verib. 

 

Sportal.az xəbər verir ki, oyunun 2-ci hissəsində "Zirə"nin heyətində Nicat Qurbanov zədələnərək meydanı tərk etməli olub. Onun əvəzinə meydana Rəşad Abdullayev daxil olub.

 

Qeyd edək ki, Qurbanovun hansı müddətə sıradan çıxdığı hələlik bəlli deyil.

Xəbər xətti