"Rəvan" kapitanını itirdi

20:51 - 7 Dekabr 2015

AZAL-la matçda

 

Premyer Liqanın XV turunun son matçında "Rəvan" doğma meydanda AZAL-ı qəbul edir.

 

Sportal.az xəbər verir ki, hazırda "Bayıl Arena"da davam edən matçda meydan sahibləri ciddi itki ilə üzləşib. Belə ki, "aslanlar"ın kapitanı Ramazan Abbasov qarşılaşmanın 45-ci dəqiqəsində zədələnib. Təcrübəli futbolçu oyunu davam etdirə bilməyib. Baş məşqçi Bəhmən Həsənov onu Ceyhun Abdullayevlə əvəzləyib.

 

Qeyd edək ki, "Rəvan" - AZAL matçında ilk hissəsən sonra hesab açılmayıb.

Xəbər xətti