Tərlan Əhmədov: "Çalışıram ki, belə adamlara həmişə yerini göstərim"

22:49 - 7 Dekabr 2015

"Son pillədə qərarlaşan komandalar mübarizə apardılar"
 
 
Azərbaycan Premyer Liqasının 15-ci turunda “Rəvan” AZAL-la 0 - 0 hesablı heç-heçə edib.
 
Sportal.az PFL-nın rəsmi saytına istinadən xəbər verir ki, matçdan sonra AZAL-ın baş məşqçisi Tərlan Əhmədov oyunu belə şərh edib:
 
 
“Son pillədə qərarlaşan komandalar mübarizə apardılar. Bizim medallara iddiamız artıq yoxdur. İndi mümkün  qədər çox xal toplamalıyıq. Futbolçulardan hücum futbolu tələb etmişdim, oyunçulardan razıyam. Oyunun gedişində edilən məcburi əvəzləmələr də işimizin məzmununa böyük təsir göstərmədi. Səfərdə qazanılan 1 xal da qızıla bərabərdir. Meydançada nə baş verirsə, bu, futbolçular arasında olur. “Sumqayıt”la oyunda rəqibin baş məşqçisi mənim futbolçuma qarşı təhqiramiz söz işlətdi. Bu gün isə “Rəvan”ın məşqçisi Toğrulun futbolçum Tagimin üstünə qışqırması məni özümdən çıxardı. Çalışıram ki, belə adamlara həmişə yerini göstərim”.

Xəbər xətti